Həllər / Orbyte PII Shield
Mətndəki şəxsi məlumatları (ad, soyad, FİN, sənəd nömrəsi, telefon, ünvan, kart nömrəsi) avtomatik tapır və maskalayır. Təşkilatın daxilində işləyir, ona görə məlumat bulud AI xidmətlərinə yalnız təmizlənmiş formada göndərilir.

Ekranlar sintetik məlumatlarla hazırlanmış illüstrativ interfeyslərdir.
Maliyyə, səhiyyə və dövlət sektoru kimi həssas məlumatla işləyən təşkilatlar üçün
Proseslər, məlumat mənbələri və inteqrasiya ediləcək sistemlər müəyyən edilir.
Bir ssenari real istifadəçilər üzərində, ölçülə bilən göstəricilərlə sınaqdan keçirilir.
Nəticə təsdiqləndikdən sonra həll digər kanal və bölmələrə yayılır, monitorinq altında saxlanılır.
Tez-tez verilən suallar
Ad, soyad, FİN, sənəd nömrəsi, telefon, ünvan və kart nömrəsi kimi şəxsi məlumatları mətndə avtomatik tapır və maskalayır.
Xeyr. Anonimləşdirici təşkilatın daxilində işləyir; bulud AI xidmətlərinə yalnız maskalanmış mətn göndərilir.
Bəli. Şəxsi məlumatların tanınması (NER) Azərbaycan dilində işləyir və GPU tələb etmir.
Hazırkı prosesi və istifadə etdiyiniz sistemləri qısa təsvir edin. Orbyte mütəxəssisləri pilot planı və növbəti addımları təklif edəcək.