Orbyte hansı AI həllərini təqdim edir?
Orbyte satış və müştəri xidməti üçün agentik AI chatbotlar, Azərbaycan dilində AI voicebotlar, ödəniş xatırlatma agentləri, zəng keyfiyyəti analizatorları, PII anonimləşdiriciləri, məlumat anbarı (DWH) üçün AI agentlər və daxili əməliyyatlar üçün AI agentlər layihələndirir və tətbiq edir. Bundan əlavə, ağıllı sistemlər və fərdi proqram təminatı hazırlayır.
AI assistentlər Azərbaycan dilində işləyirmi?
Bəli. Orbyte-ın chatbot və voicebot həlləri Azərbaycan dilində mətn və səslə ünsiyyət qurur, nitqi tanıyır və təbii səslə cavab verir. Eyni həllər ingilis və rus dillərində də işləyə bilər.
AI chatbot sadəcə suallara cavab verir, yoxsa əməliyyat da icra edir?
Agentik chatbot əməliyyat da icra edir. O, şirkətin öz məlumatları əsasında cavab verir, müştərinin təsdiqi ilə görüş təyin edir, boş vaxtları yoxlayır, CRM-də lid yaradır və lazım olduqda söhbəti canlı operatora ötürür.
Məlumatlar harada emal olunur və saxlanılır?
Emal yeri təşkilatın tələbinə görə seçilir: təşkilatın öz serverləri (on-premise), Azərbaycanda yerləşən serverlər və ya bulud. Həssas məlumatlar bulud AI xidmətlərinə göndərilməzdən əvvəl CPU əsaslı anonimləşdirici ilə maskalana bilər.
AI həlləri üçün GPU server lazımdırmı?
Həmişə lazım deyil. PII anonimləşdiricisi və zəng analizatoru adi CPU serverlərində işləyir. Böyük dil modelləri üçün infrastruktur tələbi ssenaridən, yükdən və məlumatın harada emal olunmalı olduğundan asılı olaraq müəyyən edilir.
Mövcud sistemlərə necə inteqrasiya olunur?
İnteqrasiya API və hazır konnektorlar vasitəsilə aparılır: WhatsApp, Telegram, veb sayt, telefoniya, Salesforce, HubSpot, Bitrix24, SAP, 1C, ServiceNow, Jira, Outlook, Teams, Slack, Confluence və SharePoint. Hər əməliyyat icazələr, təsdiq addımları və audit jurnalı ilə idarə olunur.
AI layihəsi necə başlayır?
Layihə proseslərin və məlumat mənbələrinin qiymətləndirilməsi ilə başlayır. Sonra ən çox dəyər yaradacaq bir və ya iki ssenari seçilir, ölçülə bilən göstəricilərlə pilot icra olunur, nəticə təsdiqləndikdən sonra həll digər bölmələrə genişləndirilir.
Orbyte Azərbaycandan kənar təşkilatlarla işləyirmi?
Orbyte Bakıda qeydiyyatdan keçmiş şirkətdir (“ORBYTE” MMC) və layihələri Azərbaycan və ingilis dillərində aparır. Xarici təşkilatlarla əməkdaşlıq formatı sorğu əsasında müzakirə olunur: [email protected].