Həllər / Orbyte Voice Agent
Qaynar xəttə və ya mobil/veb tətbiqə qoşulan səsli assistent. Azərbaycan dilində təbii səslə danışır, sözünü kəsən müştərini anlayır, sorğunu tanıyır və əməliyyatı birbaşa sistemdə icra edir.

Ekranlar sintetik məlumatlarla hazırlanmış illüstrativ interfeyslərdir.
Çağrı mərkəzləri, banklar, telekom və xidmət şirkətləri üçün
Proseslər, məlumat mənbələri və inteqrasiya ediləcək sistemlər müəyyən edilir.
Bir ssenari real istifadəçilər üzərində, ölçülə bilən göstəricilərlə sınaqdan keçirilir.
Nəticə təsdiqləndikdən sonra həll digər kanal və bölmələrə yayılır, monitorinq altında saxlanılır.
Tez-tez verilən suallar
Bəli. Orbyte Voice Agent Azərbaycan dilində nitqi tanıyır (STT) və təbii səslə cavab verir (TTS).
Söz kəsməni aşkarlayır, danışmağı dayandırır və müştərinin yeni sorğusuna real vaxtda cavab verir.
Qaynar xəttə (telefoniya), mobil tətbiqə və ya veb tətbiqə qoşulur; lazım olduqda zəngi operatora ötürür.
Hazırkı prosesi və istifadə etdiyiniz sistemləri qısa təsvir edin. Orbyte mütəxəssisləri pilot planı və növbəti addımları təklif edəcək.